“DOLLAR 1.97 MANATA QALXACAQ” – “Mərkəzi bank operativ tənzimləməyə başlayacaq”

“Marja”nın məlumatına görə, bu “Standard&Poors” (S&P) beynəlxalq reytinq agentliyinin açıqlamsında bildirilir.
S&P, Azərbaycanın reytinqinə yenidən baxaraq ölkəmizə dair proqnozlar da verib. Yenilənmiş proqnoza görə, 2019-cu ilin sonunda dollar/manat məzənnəsi 1.79 manat səviyyəsinə, 2020-ci ilin sonunda 1.87 manata, 2021-ci ilin sonunda isə 1.97 manata qalxacaqdır.
“Standard & Poors” qeyd edib ki, əgər neftin qiyməti daha düşərsə manat ucuzlaşdırılacaqdır.
Agentliyin fikrincə Azərbaycan Mərkəzi Bankı bu ilin dekabr ayından məzənnəni operativ tənzimləməyə başlayacaqdır.

