Bağlanan bankın Baş ofisini “ASAN xidmət” aldı – FOTOLAR

Mənbənin əldə etdiyi məlumata görə, Nərimanov rayonu, Oqtay Kərimov küçəsində yerləşən binada təmir-bərpa işlərinə başlanılıb. Təmir işlərinin yaxın aylarda yekunlaşacağı gözlənilir.
Mərkəzdə “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB tərəfindən müxtəlif növ xidmətlər göstəriləcək.
Təmir işlərini aparan “Consol Group”dan sözügedən məlumatı mənbəyə təsdiqləyiblər.


