200 manatlıq əskinaslar: Elmar Rüstəmovun piar kampaniyası, yoxsa...

200 manatlıq əskinaslar: Elmar Rüstəmovun piar kampaniyası, yoxsa... İqtisadçı-ekspert: “Böyük nominallı əskinazların dövriyyəyə buraxılması iqtisadi nöqteyi-nəzərdən yanlışdır”

“200 manatlıq əskinazı buraxmasını Mərkəzi Bank rəhbərliyinin özləri üçün apardıqları bir piar kampaniyası hesab edirəm. Bu banknotların dövriyəyə buraxılmasının yeganə xeyiri ciblərində çox pul gəzdirənlərə, yastıq altına pul yığanlara, ora bura rüşvət daşıyanlara, pul sayanlara iki dəfə az həcmli vasitələr lazım olmasıdır”.

Bu sözləri iqtisadçı-ekspert Nazim Bəydəmirli Azərbaycanda 200 manatlıq əskinasların buraxılması üçün hansı zəruri təlabatların olması səbəbini PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Mərkəzi Bankda yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib. Mərkəzi Bankın sədri Elman Rüstəmov mərasimdə qeyd edib ki, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin etmək üçün yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib.

Yeni pul nişanının dizaynını ABŞ-ın “Crane Currency” şirkəti hazırlayıb, Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub. Əskinasın üzərində Heydər Əliyev Mərkəzinin təsviri, mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks olunub.

Buna baxmayaraq Mərkəzi Bankın bu addımı bəzi ekspertlər tərəfindən ciddi şəkildə tənqid olunub. Ekspertlər hesab edir ki, 200 manatlıq əskinasların dövriyyəyə buraxılması üçün heç bir zərurət yox idi və bu əskinasların yerinə 3 manatlıq əskinasların buraxılması daha doğru olardı. Bəziləri isə hesab edir ki, 200 manatlıq əskinasların dövriyyəyə buraxılması hökümətin nağdsız ödəniş siyasətindən vaz keçməsi anlamına gəlir. Bir sıra ekspertlər isə Mərkəzi Bankın bu addımını sakzmla rüşvətxor və korrupsionerləri daha az əziyyətə salmaq kimi dəyərləndirirlər.

200 manatlıq əskinasların dövriyyəyə buraxılması pul kütləsinin artımına və dolayısı ilə inflyasiyanın artmasına gətirib çıxara bilərmi? Həmçinin . 200 manatlıq əskinasların buraxılması üçün hansı zəruri təlabat var idi?

PİA.AZ-ın əməkdaşı bu mövzunu iqtisadçı-ekspert Nazim Bəydəmirliylə müzakirə edib.

Nazim Bəydəmirli: “Böyük nominallı banknotların dövriyyəyə buraxılması “kölgə iqtisadiyatına” köməkdir”.

Böyük nominallı əskinazların dövriyyəyə buraxılmasının iqtisadi nöqteyi- nəzərdən yanlış olduğunu qeyd edən iqtisadçı-ekspert Nizami Bəydəmirliyə görə, bunun yeganə səbəb Mərkəzi Bankın və ya başqa bir qurumun piar kampaniyası aparmaq istəyinin reallaşdırılmasıdır:

“Əvvəla onu qeyd edim ki, ilk növbədə nəğdsiz ödənişlərin stimullaşdırılması haqqında tədbirlər görmək lazımdır. Bu barədə cənab Prezidentin hələ bir neçə il bundan əvvəl müvafiq sərəncamı olub. Buna görə də böyük nominallı əskinazların dövriyyəyə buraxılması iqtisadi nöqteyi-nəzərdən yanlışdır. Ən əsası 10 ildir dediyim sözlərdir: Böyük nominallı banknotların dövriyyəyə buraxılması səhvdir, nağdsız ödənişlərin stimullaşdırılmasına zərbədir, “kölgə iqtisadiyatına” köməkdir. Həmçinin Korrupsiyanın daha da artmasına, inflyasiyanın sürətlənməsinə stimuldur. Yəni Böyük nominallı əskinazların dövriyyəyə buraxılması ancaq bu məqsədlərə xidmət edə bilər.

Elə ölkələr var ki, həmin ölkələrdə 95-98 faiz pul dövriyyəsi nəğdsiz ödənişlərin üzərindən baş verir. Çox təəssüf edirəm ki, Azərbaycan bu məsələlərdə həm region ölkələrindən, həm də dünya ölkələrindən çox geridə qalıb. Azərbaycanda nəğdsiz ödənişlərin stimullaşdırılması ilə bağlı tədbirlər çox az gedir.

Nazim Bəydəmirli: “Azərbaycan nəğdsiz ödənişlərin stimullaşdırılması sahəsində həm region ölkələrindən, həm də dünya ölkələrindən çox geridə qalıb”.

200 manatlıq əskinazı buraxmasını Mərkəzi Bank rəhbərliyinin özləri üçün apardıqları bir piar kampaniyası hesab edirəm. Bu banknotların dövriyəyə buraxılmasının yeganə xeyiri ciblərində çox pul gəzdirənlərə, yastıq altına pul yığanlara, ora bura rüşvət daşıyanlara, pul sayanlara iki dəfə az həcmli vasitələr lazım olmasıdır. Bunun real iqtisadiyyatla aşağı-yuxarı heç bir əlaqəsi yoxdur.

Bir daha qeyd edim ki, böyük nominallı əskinazların dövriyyəyə buraxılmasının yeganə səbəbi Mərkəzi Bankın və ya başqa bir qurumun piar kampaniyası aparmaq istəyinin reallaşdırılmasıdır”.
Geri qayıt