“Azərbaycan İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edildi

“Azərbaycan İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edildi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin edilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, şirkətə bundan sonra Allahverdi Paşayev rəhbərlik edəcək.

Qeyd edək ki, A.Paşayev 2008-ci ildən İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, son təyinatdan əvvəl isə şöbə müdirinin müavini vəzifəsində çalışıb.

Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
Geri qayıt