SOCAR daha bir quyunu istismara verdi

SOCAR daha bir quyunu istismara verdi “Günəşli” yatağındakı 19 nömrəli dərin dəniz özülündə 75 nömrəli quyu geoloji tədbirdən sonra, məhsuldar qat çöküntülərinin qirməkiüstü qumlu lay dəstəsindən 3324-2981 metr intervaldan mənimsənilib və gündəlik 20 ton kondensat, 280 min kubmetr qaz hasilatı ilə istismara verilib.

xalqxeber.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.
Geri qayıt