Banklarda və "qara bazar"da dollar ucuzlaşdı - Manat yığmaq planı

Banklarda və "qara bazar"da dollar ucuzlaşdı - Manat yığmaq planı Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərini ucuzlaşdırıb.Səhər saatlarından banklar 1 dolları 1.7300 manatdan baha alır, 1.8000 manatdan da yüksək satır.

Araşdırmaya əsasən, "Amrahbank" valyuta alışını və satışını ucuzlaşdıracaq. Dünən “Amrahbank” dolları 1.7600 manata alıb, satış isə 1.8150 manata satırdı. İndi isə 1.7500 manata alır, 1.8000 manata satır.

“Turanbank” da qiymətləri ucuzlaşdırıb. Belə ki, bank bu gün dolları 1.7400 manata alır, 1.8100 manata satır. Dünən isə bu göstəricilər 1.7600 və 1.8300 manat olub.

“NikoilBank”da ötən gün dolların alışı 1.7500 manata, satışı isə 1.8200 manat olub. Bu səhər isə bank 1 dolları 1.7300 manata alır, 1.8100 manata satır.

Qara bazarda

Eyni zamanda son iki gündə “qara bazar”da da manat bahalaşmaqda davam edir. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dollar alışı 1.7800 manata, satışı isə 1.8000 manata düşüb. Bu son iki günlə müqayisədə manatın 1,1% bahalaşması deməkdir.

Qeyd edək ki, ötən gün dollar “qara bazar”da 1.7900 manata alınıb, 1.8100 manata satılırdı.

Manatı yığmaq planı

Mərkəzi Bank fevralın 27-də növbəti depozit hərracı keçirəcək. Bu dəfə 150 milyon manat məbləğində vəsaitin cəlb edilməsi nəzərdə tutulur.

Hərrac həmin gün Bloomberg ticarət sistemində saat 11:00-dan 11:15-dək keçiriləcək. Hərracla bağlı məlumatlar saat 10-dək platformaya göndərilməlidir.

Depozitlərin müddəti 14 gün, faiz dərəcələri 12,01%-14,99%-dir.
Geri qayıt