"Manatın zəifləməsindən söhbət gedə bilməz" - Elman Rüstəmov

"Manatın zəifləməsindən söhbət gedə bilməz" - Elman Rüstəmov "Ölkəmizdə makroiqtisadi sabitlik var. Onun çox ciddi iqtisadi dayaqları mövcuddur. Ölkənin xarici balansına əsaslanıb deyə bilərəm ki, tədiyyə balansı pozitiv zonadadır. İlin vvəlindən ölkənin valyuta ehtiyatları artıb"
Bunu AzVision.az-a açıqlamasında Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib.

"Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişag edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib. Bu makroiqtisadi mənzərədən görenür ki, devalvasiuadan sphbət gedə bilməz. Manatın zəifləməsindən söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur. Əsas xarici ticarət tərəfdaşlarımızda izləyirik ki, onların valyuta məzənnələrində olan dəyişikliklər psixolojia olaraq 0,2 0,3 faiz dərəcəsində nağd valyuta müəyyən valatelik yarada bilir. Amma bu ciddi bir şey deyil. Rəsmi məzənnə sabitdir. Biz bankların bütün tələbatlarını ödəyirik. Ölkədə kifayət qədər nağd valyuta gətirilib. İstəbilən tələbatı ödəməyə hazırıq. Bunu edirik və edəcəyik. Heç bir tərəddüd üçün əsas yoxdur. Ümumi iqtisadiyyat sabitdir. Milli valyutamızında sabitliyi bu gün çox möhkəm makroiqtisadi dayaqlat üzərindədir. Hamını sakitliyə çağırırram. Biz arzu edirik ki, qonşu ölkələrimizdə də bundan sonra hər şey qaydasına düşəcək"- Baş bankir deyib.
Geri qayıt