Dollarla bağlı öhdəlik götürüb - Onu da digər iki sabiq nazirin aqibəti gözləyir

Dollarla bağlı öhdəlik götürüb - Onu da digər iki sabiq nazirin aqibəti gözləyir Adı son zamanlar süni şəkildə dollar böhranı yaratmaqda və dolların qara bazrının təşkilində hallandırılan, eyni zamanda gizli maliyyə dairələri ilə bağlı bir çox şübhəli olaylara cəlb olunduğu deyilən maliyyə naziri Samir Şərifova qarşı hüquqi işləmlər başlayıb. Bu barədə bilgili qaynaqlardan informasiya daxil olub.

Məlumatı verən mənbə bildirir ki, Samir Şərifov bu arada ən sıxıntılı günlərini yaşayır. Mənbənin dia.az-a söylədikləri:

"Samir Şərifovu həbs etmək an məsələsidir. Amma bu həbs heç də keçmiş MTN şefi Eldar Mahmudovun və sabiq RYTN rəhbəri Əli Abbasovun həbsindən erkən baş verməyəcək. Yəni proses, araşdırmalar hələ davam edir".

Mənbəmiz onu da bildirir ki, Samir Şərifov ölkədə dollar böhranı ilə bağlı konkret öhdəliklər də götürüb. Bu barədə yaxın vaxtlarda daha geniş bilgi verəcəyik.

Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt