Azərbaycanda dövlət müəssisəsi ləğv edildi

Azərbaycanda dövlət müəssisəsi ləğv edildi “Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.

Nazirlər Kabinetinə istinadən xəbər veririk ki, bu barədə sənəd baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 21 sentyabr tarixli, 342 nömrəli qərarı ilə yaradılmış “Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə” Açıq Səhmdar Cəmiyyəti ləğv edilir.

Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu
qərardan irəli gələn məsələləri həll etməlidirlər.
Geri qayıt