SOCAR əməkdaşlarının maaşları artdı

SOCAR əməkdaşlarının maaşları artdı Bu il martın 1-dən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10% artırılıb.

Bu barədə şirkətin sosial şəbəkələrdəki rəsmi səhifəsində qeyd edilib.

Bildirilib ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın işçilərə 100 manat məbləğində mükafat təyin olunub.

Qeyd edək ki, SOCAR-da çalışan 51 min nəfərə yaxın işçinin 8500-ə yaxını qadındır.

Geri qayıt