Azərbaycana bir blokdan artıq siqaret gətirmək qadağan olunacaq

Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev şəxsi istehlak üçün gətirilən siqaretin üç blokdan bir bloka qədər endirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsi üçün Milli Məclisə müraciət edəcəklərini deyib.
O deyib ki, dəfələrlə ölkəyə qeyri-qanuni yollarla tütün və tütün məhsullarının gətirilməməsi ilə bağlı xəbərdarlıqlara baxmayaraq, belə məhsulların idxalında azalma müşahidə edilmir:
“Müşahidə edilib ki, sərhəd bölgələrə yaxınlaşdıqca əhalinin kənd təsərrüfatı sektoruna marağı azalır. Bu gün şəxsi istifadə üçün vətəndaşlar üç blok siqaret gətirilə bilər. Ancaq bəzən insanlar bundan sui-istifadə edirlər. Bunları nəzərə alaraq Milli Məclisə müraciət edəcəyik. İnanırıq ki, bizim bu təklifimiz qəbul ediləcək”.