“Dəmirbank”a borcu olanların – NƏZƏRİNƏ

Müraciətdə bildirilir ki, ödənişləri köçürmə yolu ilə bankın Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesablarına, nağd qaydada isə bankın baş ofisinə və filiallarına, “DəmirPay” ödəniş terminallarına etmək olar.
Ətraflı məlumat üçün “Dəmirbank”ın Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanındakı “Əməliyyat İdarəsi” filialına müraciət etmək lazımdır.