OPEC-dən neftlə bağlı proqnoz

OPEC-dən neftlə bağlı proqnoz OPEC neftə olan tələbat artımı proqnozunu sutkada 1,155 milyon bareldən 1,19 mln. barelə qədər artırıb
Kartelin proqnozuna görə, bu il neftə qlobal tələbat sutkada 95,81 mln. barel təşkil edəcək. Proqnoz havaların soyuq keçməsi, ABŞ, Avropa, Çin və Hindistanda nəqliyyat vasitələri satışının artması, həmçinin neft-kimya sektorunda vəziyyətin yaxşılaşması ilə əlaqədar yenidən nəzərdən keçirilib.
Kartel ekspertlərinin gözləmələrinə görə, bu il OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı sutkada 0,24 mln. barel artaraq orta hesabla sutkada 57,44 mln. barelə çatacaq. Onlar öz proqnozlarını ABŞ-da buruqların və investisiyaların artması ilə əlaqədar sutkada 120 min barel artırıblar. Hasilat artımını Braziliya, Kanada, Qazaxıstan və Konqo da təmin edəcək. Hasilatı daha çox Çin, Meksika, Rusiya, Kolumbiya, Oman, Azərbaycan və İndoneziya azaldacaq.
İlkin məlumatlara görə, yanvar ayında neft təklifləri sutkada 1,29 mln. barel aşağı düşərək orta hesabla sutkada 95,82 mln. barelə çatıb. Azalmanı OPEC ölkələri və ona daxil olmayan dövlətlərin hasilatı azaltması təmin edib.
Geri qayıt