FES gələn il faizləri bu qədər artıracaq

FES gələn il faizləri bu qədər artıracaq Kredit dərəcələndirmə təşkilatı “Moody's Investor Service” Federal Ehtiyat Sisteminin (FES) 2018-ci ildə üç faiz artımına gedəcəyini açıqlayıb.

xalqxeber.az xəbər verir ki, “Moody's” Asiya Mərkəzi Banklarının da FES ilə paralel faiz artımlarına gedəcəklərini bəyan edib. Xüsusilə bu sırada Çin və Hindistan Mərkəzi Bankları irəli sürülür.

Bu arada, FES-in Çikaqo üzrə rəhbəri Çarles Evans bildirib ki, 2018-ci ilin ortasına qədər faizlər artırılmamalıdır: “Fərz edək ki, 2018-ci ilin yarısına qədər gözləmə qərarı verdik və inflyasiyada artım müşahidə edildi. Həmin vaxt faizlərlə nəsə etmək olar. Hazırda inflyasiya səviyyəsi 2 faizlik hədəfimizdən geridə qalır.

Onu da bildirək ki, Evans Federal Açıq Bazar Komitəsinin 12-13 dekabrda keçiriləcək iclasında səsvermə hüququna sahibdir.
Geri qayıt