Neft bahalaşır

Neft bahalaşır Dünya birjalarında neftin qiyməti artmaqda davam edir.

xalqxeber.az xəbər verir ki, WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar və ya 0,37% artaraq 57,61 dollar təşkil edib.

Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar və ya 0,43% artaraq 62,90 dollar olub.

Qeyd edək ki, neftin bahalaşmasına səbəb OPEK+ ölkələrinin hasilatın azaldılması ilə bağlı razılaşmanın müddətini gələn ilin sonuna qədər uzadılmasıdır.
Geri qayıt