Azərbaycanda "Patent haqqında" qanun dəyişdirilir

Azərbaycanda "Patent haqqında" qanun dəyişdirilir Azərbaycanın "Patent haqqında" qanununa dəyişikliklər ediləcək. Bununla bağlı qanun layihəsi hazırlanır.

Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin müavini Niyazi Rəhimov bu gün Bakıda keçirilən "Patent hüquq müqaviləsi və onun tətbiqi" mövzusunda seminarda çıxışında qeyd edib.

"Patent haqqında" qanuna dəyişiklik qaçılmazdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) ekspertlərinin iştirakı ilə "Patent haqqında" qanun nəzərdən keçirilib. "Patent hüququ" sazişinə uyğunluq baxımından zəruri dəyişikliklərdən ibarət təkliflər layihəsi hazırlanır. Layihə yekun mərhələdədir", - komitə sədrinin müavini qeyd edib.
Geri qayıt