İpoteka Fondunun yaradılması ilə bağlı qanunda dəqiqləşmə aparılıb - FƏRMAN

İpoteka Fondunun yaradılması ilə bağlı qanunda dəqiqləşmə aparılıb - FƏRMAN “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla 4.8-ci bənddə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verilən tapşırıq) edilən dəyişikliyə əsasən, Nazirlər Kabineti Cəmiyyətin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərini və mexanizmini, onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi qaydasını 1 ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir.
Bəndin əvvəlki variantı isə belə idi: Nazirlər Kabineti Cəmiyyətin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərini və mexanizmini, onların emissiyasının illik həcmini, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini 1 ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir.
Geri qayıt