Neft ucuzlaşır

Neft ucuzlaşır Dünya birjalarında neftin qiyməti azalıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar və ya 0,44% azalaraq 58,69 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar və ya 0,06% azalaraq 63,82 dollar olub.
Geri qayıt