Ziya Məmmədovun şirkəti LƏĞV OLUNUR - Proses başladı

Ziya Məmmədovun şirkəti LƏĞV OLUNUR - Proses başladı Ədliyyə Nazirliyində 24.12.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Az-Nar” QSC-nin səhmdarlarının 25 oktyabr 2017-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin tələblərinə uyğun olaraq şirkətin ləğv edilməsi elan edilib.

“Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər veririk ki, “Az-Nar” QSC-nin debitor və kreditorları bu barədə xəbərdar edilir və qanunla kreditorlarının tələblərinin bildirilməsi bu ela dərc edildiyi andan 70 gün müddətində müəyyən edilir.

Cəmiyyətin debitor və kreditorları “Az-Nar” QSC-yə müraciət edə bilərlər.

Kreditorlar tələblərini yazılı qaydada elan dərc edildiyi andan 70 gün müddətində göndərməlidirlər.
Geri qayıt