Azərbaycanda yeni "iPhone"lar satışa çıxarıldı: 2600 AZN

Azərbaycanda yeni "iPhone"lar satışa çıxarıldı: 2600 AZN Sentyabrın 12-də təqdim edilən yeni "iPhone" telefonları artıq Azərbaycanda satışa çıxarılıb.

Elan saytlarında yeni "iPhone"ların sifarişi ilə bağlı məlumatlara rast gəlmək mümkündür. Elanlarda qeyd edilir ki, Amerikadan gətirilən 1 illik rəsmi "Apple" zəmanətli "iPhone 8 Plus" 64GB yaddaşlı telefon 1935 AZN qiymətinədir.

"iPhone X" telefonu isə elan saytlarında 2600 AZN-ə təklif olunur.

"Alma Store" mağazalarından isə bildirilir ki, hələlik rəsmi olaraq telefonların satışına başlanılmayıb. Yeni "iPhone" modellərinin qiyməti sentyabr ayının sonu, oktyabr ayının əvvəlinə kimi məlum olacaq.
Geri qayıt