İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşüb -FOTO

İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşüb -FOTO Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 14-də BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Görüşdə bu gün Bakıda imzalanan Sazişin önəmi vurğulanıb, yeni əsrin müqaviləsinin ikitərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığı bildirilib.

Qeyd olunub ki, Azərbaycanla BP şirkəti arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq qarşılıqlı etimada söykənir.

Söhbət zamanı Azərbaycanın müəllifi olduğu irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP-nin fəal tərəfdaş kimi çıxış etdiyi vurğulanıb.

Prezident İlham Əliyev Azərbaycanla BP şirkəti arasında səmərəli əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Robert Dadlinin Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunduğunu bildirib və ordeni ona təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.
İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşüb -FOTO
İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşüb -FOTO
Geri qayıt