Qurbanlıq ət 5-10 manata - Qoyun almaq istəyənlər baxsın+Video

Qurbanlıq ət 5-10 manata - Qoyun almaq istəyənlər baxsın+Video Qurban bayramı ilə əlaqədar olaraq artıq paytaxtın müxtəlif ərazilərində satış yerləri təşkil olunub.

Əməkdaşlarımız da Bakının Nərimanov ərazisindəki satış obyektlərində olub və qiymətlərlə maraqlanıb.

Satıcıların sözlərinə görə, hələ ki, bazarda durğunluq var. Qiymətlər isə ötən ilə nisbətən 1-2 manat artıb. Belə ki, diri qoyunun çəkisi 5 manat, kəsilmiş ətin çəkisi isə 10 manatdan təklif olunur.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birlikdə təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları sentyabrın 1-də səhər saat 9:00-dan etibarən fəaliyyətə başlayacaq.

Hazırladığımız videoreportajı təqdim edirik:

“Qafqazinfo”
Geri qayıt