Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"
Azərbaycan-ABŞ ticarət əməkdaşlığı uzun illərdir ki, yüksələn xətlə inkişaf edir.Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 2023-cü illə müqayisədə 94 % çox - 1,7 milyard ABŞ dolları təşkil edib ki, bunun da 1,6 milyard dolları ABŞ-dan idxalın, 135 milyon dolları isə bu ölkəyə ixacın payına düşüb:
"Azərbaycan ABŞ şirkətləri üçün investisiya cəlbediciliyini saxlayır. Kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət sahələrində 300 şirkət qeydiyyata alınıb".
"ABŞ-də keçirilmiş görüş ölkələrin iqtisadi potensialının artırılması üçün imkanlar yaradacaq", - deyə nazir əlavə edib.
