Rövnəq Abdullayev Rusiyada danışıqlarda

Rövnəq Abdullayev Rusiyada danışıqlarda Avqustun 21-də Sankt-Peterburq şəhərində SOCAR prezidenti Rövnəq Abdullayevin “Qazprom” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aleksey Millerlə, sonra isə “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşləri olub.

ARDNŞ-dan verilən məlumata görə, görüşlər zamanı SOCAR ilə “Qazprom” və “Rosneft” şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilib, ətraflı fikir mübadilələri aparılıb.
Geri qayıt