Elman Rüstəmov manatı gücləndirmir, dollar qalxır: Dekabrda ölkəni nə gözləyir?

Elman Rüstəmov manatı gücləndirmir, dollar qalxır: Dekabrda ölkəni nə gözləyir? Mərkəzi Bank sədri Elman Rüstəmov manatın möhkəmlənməsini istəmir; Baş bankir milli valyutanın tam güclənməsi üçün çalışmır. Buna iqtisadi sabotaj da demək olar...
Məlumatda deyilir ki, rəsmi məzənnədə manatın dollara nisbətən güclənməsinə baxmayaraq valyuta bazarında dollar bahalaşıb.
Real bazar kursu təklif edən banklarda artıq 100 dollar almaq üçün 170 manatdan çox vəsait ödəmək lazımdır.
Bu arada Mərkəzi Bankın valyuta ehtiyatlarının artması və eləcə də manat bazasının müqayisəli çoxalması da bazara hələlik birbaşa təsir göstərməyib.
Baş bankın son açıqlamasına görə, həm valyuta ehtiyatalarında, həm də pul bazasında artım müşahidə edilib.
Ancaq manat bazası milli valyutanın məzənnəsin təsir göstərən əsas faktor olsa da, idxalın azalması, dollarlaşma səviyyəsi və neftin satışından daxil olmalar məzənnəyə təsir göstərməkdədir.
Ekspertlərin fikrincə, 2017-ci ilin ikinci yarısında manatın məzənnəsinin müəyyənləşdirilməsində Mərkəzi Bankın mövqeyi yenə də aparıcı olacaq.
Amma hiss olunur ki, Mərkəzi Bank manatın kəskin möhkəmlənməsində də maraqlı görsənmir.
Məlumatda deyilir ki, dekabrda dollara tələbin yüksələcəyi gözlənilir.
Belə ki, sentyabrda tədris ilinin başlanması ilə bağlı olaraq idxal artır. Eyni zamanda, yeni mövsümün başlaması ərzaq idxalını da artırmış olur.
Hərraclarda satılan dolların təxminən 90 faizinin idxal üçün istifadə edildiyini nəzərə alsaq bu zaman xarici valyutaya tələbin artması qaçılmazdır. Ənənəvi olaraq dekabrda dollar tələb yüksəlir.
“Tam “üzən məzənnə”yə keçid vacib və labüddür. Hazırda maliyyə sektoru ilə real sektor arasında pulun tarazlıq qiyməti yoxdur. Yəni maliyyə sektoru istəyir ki, pulu mümkün qədər baha satsın, real sektor isə istəyir ki, ucuz alsın.
Bu vəziyyət manatın ucuzlaşması ilə bağlı güclü gözləntidən irəli gəlir. İnsanlarda bir əminlik var ki, manat sərbəst üzüb tarazlıq məzənnəsini tapmasa, mütləq ucuzlaşacaq.
Məhz buna görə hər iki tərəf – həm bank, həm də real sektor pulu xarici valyutaya çevirib saxlamağa üstünlük verir.
Məzənnənin ədalətli müəyyənləşməsi üçün ölkədə maliyyə alətlərinin inkişafı və maliyyə dərinliyinin artması vacibdir.
Amma bu iki məsələ bir-birindən o qədər asılıdır ki, biz heç birinin inkişafını o birisinin bahasına həyata keçirə bilmərik. Yəni bu işin ikisi də paralel getməlidir.
Bu baxımdan Strateji Yol Xəritəsində də qeyd olunub ki, biz ilk növbədə maliyyə-bank sektorunda likvidlik və kapitallaşma ilə bağlı problemlərin həllinə dəstək verməliyik.
Geri qayıt