Azərbaycan neftinin qiyməti 50 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 50 dollara yaxınlaşır Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,32 dollar və yaxud 0,65% artıb.

"Azeri LT CIF" markalı neftin qiyməti 49,77 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Geri qayıt