Elektrik enerjisini özümüzə 11, gürcülərə 7 qəpiyə satırıq
- 11-07-2017, 13:45
- 144 333
Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara bildirilir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri əvvəlki aylarla müqayisədə dəyişməz qalıb. İlk 5 ayda olduğu kimi ilk 6 ayda da xaricə satılan elektrik enerjisinin qiyməti 4 sent və ya 7 qəpik təşkil edib.
Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur. Bildiyimiz kimi elektrik enerjisinin daxili bazardakı qiyməti 11 qəpiyə (limitdən – 300 kVt/saat-dan artıq olduqda) bərabərdir.