Bu zinət əşyalarının alqı-satqısı nağdsız qaydada olacaq
- 17-10-2023, 20:05
- 1 355
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçiriləcək.