Artur Rasizadə iclas keçirdi
- 11-07-2017, 10:18
- 135 694
Tədbirlər planı Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələrindən təşkil olunmuş işçi qrupu tərəfindən birgə hazırlanmış, həmçinin beynəlxalq maliyyə qurumlarının texniki yardım çərçivəsində hazırladığı sənədlərdən də istifadə edilib.
Planda kənd təsərrüfatı üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, sektora innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, aqrar sektora təsir edən risklərin idarə olunması, aqrar sığortanın inkişaf etdirlməsi, aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlığının artırılması və s. konkret tədbirlər nəzərdə tutulub.
Müzakirələr zamanı bildirilib ki, hazırlanmış tədbirlər planının reallaşdırılması kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə və son nəticədə aqrar sahəyə investisiya qoyuluşlarının təşviqinə imkan verəcək.
İclasda həmçinin cari ilin ötən dövründə ölkədə makroiqtisadi vəziyyət, maliyyə sabitliyinin dayanıqlığının dinamikasında müşahidə olunan pozitiv meyillər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi olub.