Azərbaycanda qeyri-ticari sektorda daxilolmalar 30 milyard manata yaxın olub
- 10-10-2023, 11:49
- 643
Mərkəzi Bankın məlumatına görə, cari ilin III rübündə ödəniş daxilolmalarında qeyri-ticari sektorun üstünlüyü davam edib. Ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 19,4%-i təşkil etməklə 7,2 milyard manat, qeyri-ticari sektorda isə 80,6% təşkil etməklə 29,7 milyard manat olub.
Qeyd edək ki, bütövlükdə, ötən rüblə müqayisədə cari ilin üçüncü rübündə ticari sektor üzrə iqtisadi aktivlik indeksində azalma, qeyri-ticari sektor üzrə isə artım dinamikası müşahidə edilib.