Valyutadəyişmə ilə bağlı yeni tələblər
- 10-06-2023, 14:48
- 812
Bu, Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan "Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Layihəyə əsasən, bu orqan Mərkəzi Bank olacaq.
Ərizə müvafiq qaydada tərtib olunmalıdır.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.