Hesablama Palatası AzTV-də yoxlama aparır

İqtisadiyyat

Hesablama Palatası bu gündən “Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) audit aparır.  

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama Palatası haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir və kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair materiallar Milli Məclisə göndərildikdən sonra verilir.

“Qafqazinfo”