Zəlzələlərin Türkiyə iqtisadiyyatına vurduğu ziyan açıqlandı

İqtisadiyyat

 
Dünya Bankı zəlzələlərin Türkiyə iqtisadiyyatına vurduğu ziyanın 34,2 milyard dollar təşkil etdiyini açıqlayıb.

Bu haqda təşkilat məlumat yayıb.

“Fevralın 6-da baş verən iki çox güclü zəlzələ Türkiyəyə 34,2 milyard dollarlıq birbaşa fiziki ziyan vurub ki, bu da 2021-ci ildə ölkənin ÜDM-nin 4%-nə bərabərdir”, - məlumatda qeyd olunub.

Bildirilib ki, bu rəqəm sonrakı təkanlar səbəbindən arta bilər.