Hər “Boeing”in mayası 23 ilə çıxacaq - AZAL-la bağlı ilginc faktlar
- 21-06-2017, 17:37
- 55 927
İstədikləri qiyməti qoyurlar, amma hər il də sənədlərdə "ziyan"la işləyirlər, büdcədən dotasiya, Mərkəzi Bankdan qaytarmayacaqları kreditlər alırlar”.
Bu sətirləri iqtisadçı-ekspert Natiq Cəfərli feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, AZAL biri 250 milyon dollar olan 4 Boeing alır:"Bir uçaq orta məsafəli reysdən bütün xərcləri, vergiləri çıxanda, ortalama, 15 min dollar qazanır.
Bir uçaq orta məsafəli reysdə sutka ərzində 2 dəfə uçur. Deməli, bu 250 milyon dollarlıq Boeing 16667 reys etməli, bunun üçün isə 23 il uçmalıdır ki, mayasını çıxartsın”.
Onu da deyək ki, AZAL-ın uçuşlarının baha olmasından deputatlar da şikayətləniblər. Millət vəkili Qüdrət Həsənquliyev parlamentin iclasında qeyd etmişdi ki, ildən-ilə borclar və borc faizlərinin büdcədən ödənilməsindən narahatdır:
"Dövlət zəmanətləri ilə götürülən borclara görə pullar ödənilir. AZAL-a görə 624 milyon ödənilib. Dövlət AZAL-ı və digər bu kimi strukturları özəlləşdirməlidir”.