Sahibkarlara mənşə sertifikatını “Bakı KOB evi” verəcək - RƏSMİ
- 10-01-2023, 14:40
- 620
Sahibkarlar mənşə sertifikatını əldə etmək məqsədilə Dövlət Xidmətinin “Bakı KOB evi”ndə xidmət göstərən pəncərələrinə yaxınlaşaraq aidiyyəti üzrə müraciət edə bilərlər.
İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində “Elektron xidmətlər” bölməsi (https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) vasitəsilə mənşə sertifikatı üçün müraciət etmiş sahibkarlar da “Bakı KOB evi”nə getməklə onlayn qaydada sifariş etdikləri sertifikatı təhvil ala bilərlər.