Rusiya bu dəfə də Azərbaycan pomidorlarını bəyənmədi
- 20-06-2017, 13:33
- 58 599
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Azərbaycan istehsalı olan məhsulda Cənubi Amerika güvəsi aşkarlanıb. Qurum rəsmiləri bəyan ediblər ki, təxminən 20 tona yaxın məhsulda ziyanvericinin olduğu təsdiqini tapıb.
Yoxlamanın nəticəsi olaraq məhsul sahibinə qanunun tələblərinə uyğun dezinfeksiya işləri aparmaq tapşırılıb.
Qeyd edək ki, Rusiya yerli pomidor istehsalçılarını qoruyacağını bəyan etmişdi.