Bankların mənfəəti 1 milyard manata çatır - ABA sədri
- 24-11-2022, 19:00
- 486
"Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib. O bildirib ki, kredit portfelində biznes kreditləri 20% artaraq 10,8 mlrd manat təşkil edib. Depozit portfelində isə 26% artım müşahidə olunub:
"Cari ilin ilk 9 ayında əhalinin banklardakı əmanətləri 27% artaraq 11 mlrd manat təşkil edib ki, burada əmanətlərin dollarlaşma səviyyəsi 39,8% olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% artım deməkdir".
ABA sədri bildirib ki, cari ilin 9 ayında bank sektorunun toplam mənfəəti 1 milyard manata yaxınlaşıb, xalis mənfəəti isə 683 milyon manat olub.