Avstriya Rusiya neftindən imtina etdi

İqtisadiyyat

 
Avstriyanın OMV neft-qaz şirkəti Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Rusiya neftinin idxalını və emalını dayandırıb.

Bu barədə Avstriya xəbər agentliyi  məlumat yayıb.

"ABŞ və onun avropalı müttəfiqləri Rusiyanın təcavüzkar müharibəsinə geniş iqtisadi sanksiyalarla cavab verdilər. Bu, Rusiyanın hücumunu dayandırmaq üçün kifayət etmədiyi üçün Ukrayna Rusiyaya qarşı tam enerji embarqosu tələb edir.  Bununla da biz Rusiya neftindən imtina edirik", - bəyanatda deyilir.