Neftin qiyməti 139 dollara çatdı - YENİLƏNİB
- 7-03-2022, 10:38
- 498
Bu barədə "Bloomberg" agentliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, neft qiymətləri bu həddə çatandan sonra qismən ucuzlaşmağa başlayıb. Hazırda birjalarda "Brent" neftinin may fyuçersləri 130 dollar/barel ətrafında alınıb satılır.
Ötən həftəsonu ilə müqayisədə qiymət artımı 18 faizə bərabər olub.
"JPMorgan Chase & Co." agentliyinin proqnozlarına əsasən, Rusiyadan neft nəqlinin dayanması təqdirində "Brent" neftinin qiymətləri ilin sonunadək 185 dollaradək çata bilər.
Qeyd edək ki, neft qiymətləri 2008-ci ildə 143 dollar həddinədək çatmaqla tarixi rekordu vurmuşdu.
***
09:16
“Brent” markalı neftin bir barel üçün qiyməti 130 ABŞ dollarını keçərək 2012-ci ilin ən yüksək qiyməti olan 128 dolları ötüb.
Bu barədə "Xalqxeber.az" “RİA Novosti”yə istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 3:28-ə olan məlumata görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 9,35% artaraq bir barel üçün 129,06 dollar olub. WTI markalı aprel fyuçersləri 9,68% artaraq 126,12 dollara çatıb.
Eyni zamanda, ticarət məlumatlarına görə, saat 3:06-da “Brent” markalı neftin qiyməti təxminən 130,3 dollara çatıb. Maksimal qiymət 130,89 dollar olub.