Türkiyədən manatla bağlı QƏRAR

İqtisadiyyat

Türkiyə Mərkəzi Bankı Azərbaycan manatının  mübadilə olunan valyutalar siyahısına əlavə edilməsi barədə qərar qəbul edib.

Xalqxeber.az xəbər verir ki, qərar “Resmi Gazete”də dərc olunub.

Manatla yanaşı Birləşmiş Ərəb Əmirlikləri dirhəmi də bu siyahıya əlavə edilib.