“Neptun” qiymətləri yenidən qaldırdı – Hansı əsasla?!
- 17-05-2017, 17:50
- 81 200
Müraciət edən vətəndaşımızın şikayəti də eyni ilə bu deyimi təsdiq etmiş olur. Vətəndaşımız "Neptun” supermarketlərindən şikayət edir: "Bir neçə aydır ki, "Neptun” marketdən alış-veriş edirəm. Digər marketlətlə heç bir qiymət fərqi də yoxdur. Azərbaycanda dolların dağa dırmandığı vaxt, bu marketdən "Molfix jumbo 5 junior 36″ uşaq bezini 13.65 manata alırdıq. Fikirləşdik ki, son günlər dolların ucuzlaşması qiymətlərə də öz təsirini göstərəcək. Amma qiymətlərin ucuzlaşması bir tərəfə, sözügedən uşaq bezi üstəlik bahalaşıb. Hazırda həmin uşaq bezi nə az-nə çox, düz 15.37 manata müştərilərə təklif edilir. Dərdimizi də kimə dediksə, "Rəhbərliyin qoyduğu qiymətdir” deyib bizi yola verdilər”.
Əməkdaşımız bu şikayətlə bağlı deyilən ünvanda olub. Və məlum olub ki, vətəndaşımız şikayətində haqlıdr. Həqiqətən də bir müddət əvvəl indiki qiymətindən ucuz satılan "Molfix jumbo 5 junior 36″ uşaq bezi, elə şikayətçinin dediyi kimi 15.37 manata satılır. Haqlı olaraq sual yaranır: Ölkə rəhbərliyinin suni qiymət artımının qarşısı alınmalıdır tələbi bu market üçün keçərli deyilmi?!
"AzPolitika.info”