Çində “SOCAR GPC” layihəsi üzrə xidmət müqaviləsi imzalanıb - FOTO
- 15-05-2017, 12:01
- 57 865
İmzalanma dünən işə başlayan “Bir kəmər - bir yol” beynəlxalq forumu çərçivəsində baş tutub.
Bu müqavilə “SOCAR GPC” layihəsi üçün İlkin Detallı Layihələndirmə işlərinin icrası istiqamətində HQC (CNPC şirkətinin törəməsi) və “Technip Italy” şirkətlərinin göstərəcəyi xidmətləri tənzimləyəcək. Müqavilənin imzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev və CNPC-nin sədri Vanq Yilin iştirak ediblər.
HQC və “Technip Italy” şirkətləri bu gündən etibarən bu müqaviləyə əsasən xidmətlərin göstərilməsinə başlayacaq.
“Report”