Azərbaycanda nağdsız ödənişlərin həcmi 47% artıb
- 12-05-2017, 19:00
- 103 388
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, nağdsız əməliyyatların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 82 mln. manat və ya 46,86% artıb.
Əməliyyatların 189 mln. manatı POS-terminallar, 68 mln. manatı ATM-lər vasitəsilə həyata keçirilib. Beləliklə, POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmində 88 mln. manat və ya 87,13% artım, ATM-lər vasitəsilə ödənişlərdə isə 6 mln. manat və ya 8,11% azalma qeydə alınıb.