Deputat manatın taleyi ilə bağlı danışıb
- 12-05-2017, 14:29
- 87 660
Millət vəkilinin sözlərinə görə, hazırda idxalın azaldılması ilə ticarət dövriyyəsində müsbət saldo yaranıb.
Müəyyən qədər manat qıtlığı yaratmaqla məzənnəni saxlamaq mümkün olub. Sentyabrdan sonra bunu etmək daha çətin olacaq:
“Çünki elə məhsullar var ki, real sektorun inkişafı üçün Azərbaycan onu idxal etməyə məcburdur. Yəqin ki, manatın məzənnəsində hazırkı stabillik 2-3 ay davam edəcək.
Hesab edirəm ki, manat yenidən müəyyən həddə qədər ucuzlaşacaq. 2 manat həddinə yenidən yaxınlaşacaq. Ümumiyyətlə, 2017-ci il ağır ildir.
Ona görə ki, müəyyən istehsal sahələri yaradılır, kənd təsərrüfatına sərmayələr qoyulur. Bunların bəhrəsini isə 2018-2019-cü illərdə görəcəyik”.