"Ziraat Bank”ın siyasi maxinasiyaları...- Fətullahın əsabələri yenə toparlanır...
- 21-05-2021, 12:40
- 1 015
Bu yazımızda adı keçdiyi üçün oxuculara qısa məlumat verməyi düşündük.
Hazırda ABŞ-da yaşayan Fətullah Gülən ( qısa adı FETÖ ) kimdir ?
Azərbaycan cəmiyyəti Güləni ilk dəfə 1990-cı ilin 20 yanvarında, yəni Qanlı Yanvardan sonra tanıdı.
Təsəvvür edirsiniz, nə qədər şəhid vermişik, amma dünya bizi bloklayıb, səsimizə səs verən yoxdur.
Belə məqamda Gülən peyda oldu və göz yaşları axıdaraq, azəri qardaşlarım-filan deyərək, qismən bizə təsəlli verdi. Amma bu adamın artistliyi hələ o vaxt diqqəti cəlb edirdi.
Düzdür, sonradan Azərbaycan hakimiyyət nümayəndələri Gülənlə görüşdülər, mehriban münasibətlər qurdular.
Amma siyasətdə maraqlar var, dostluq yoxdur.
Zaman dəyişdi, dövlətimizin böyük dəstəkçisi olan, qardaş Türkiyənin prezidenti Ərdoğan bəy Güləni təxribatlarda, Türkiyədə çevriliş cəhdində ittiham etdi.
Həmin vaxtadək hətta Bakıda, müxalifətdə və iqtidarda olan və açıq mövqe bildirən xeyli sayda Fətullahçı var idi. Bunu hamı bilir. Hətta Prezident Aparatında oturub FETÖ-yə məktub yazan, “Validəm-annem də sizi istəyir” deyənlər də var idi.
Əlbəttə, bu bir siyasət məsələsidir və media olaraq bizim işimiz deyil.
Sonradan xeyli sayda fətullahçılar passiv mövqeyə çəkildilər.
Bizim üçün maraqlı olan odur ki, son zamanlar fətullahçıların birazca tərpənməsi hiss olunur. Mətbuatı diqqətlə izləyən hər kəs bunu görə bilər.
Biz nə üçün bu mövzuya toxunduq. FETÖ mövzusu təkcə media, siyasət-filan məsələsi deyil.
Ötən yazımızda qeyd etmişdik ki, dünyanın məşhur söz adamlarından biri deyir: ” Dünyanı BANK-lar vasitəsilə MAFİYA idarə edir “.
Bəli, BANK-lar sizə adi görünməsin. Bu gün dünyada BANK-lar əsas söz sahibidir. Kəşfiyyat-filan, KQB, xüsusi-xidmət-zad arxa plana keçib. Bu gün dünyanın idarə olunmasında ağırlıq mərkəzi bankların üzərinə düşür.
70 illik sovet dönəmindən sonra Azərbaycanda ilk fəaliyyətə başlayan özəl banklardan birincisi qardaş Türkiyənin ən böyük bankı olan “Ziraat Banka”sının Azərbaycandakı törəməsi olan Ziraat Bank Azerbaijan ASC -dir.
Təsəvvür edirsiniz, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan bölməsi 2014-cü ildə fəaliyyətə başlayıb.
Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyət göstərir.
Son günlər mediada yayılan məlumata görə, Bankın İdarə Heyətinin sədri Avni Dəmirçi bildirib: “Yeni filial üçün Şuşa şəhərində münasib yer axtarırıq”.
Əlbəttə, 44 günlük savaşda Qardaş Türkiyənin Azərbaycana dəstəyi unudulan deyil. Və cənab Prezidentimiz cənab İlham Əliyev də deyir ki, azad olunmuş torpaqlarda qardaş Türkiyənin görəcəyi işlər çoxdur, türk şirkətləri və bankları bu məsələdə kənarda qala bilməzlər. Amma…
Amma …bəzi məsələlərə aydınlıq gəlməlidir.
Həmişə erməniyə dəstək verən və bizim əleyhimizə olan ABŞ-ın qanadının altına sığınan Fətullah Gülənə bağlı olan bank Şuşada necə fəaliyyət göstərə bilər ?
Çünki mətbuatda yayılan məlumata görə, bankın rəhbəri Avni Dəmirçi onu bu vəzifəyə gətirən FETÖ-ya olan simpatiyasını artıq açıq-aşkar büruzə verir və bundan heç də narahat olmur. Bu isə iş adamları arasında birmənalı qarşılanmır. Hətta bank rəhbərinin Əkrəm İmamoğlunun İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçilməsini az qala toy-bayram etməsi də diqqətdən yayınmır.
Bir sözlə, “Ziraat Bank” rəhbərinin FETÖ sevgisi bankın fəaliyyətinə ciddi təsir edib.
Araşdırmadan o da bəlli olur ki, bankın rəhbəri Avni Dəmirçi Türkiyə səfirliyinin Azərbaycanda keçirdiyi rəsmi tədbirlərdə kənar qalmağa çalışır.
Təsəvvür edirsiniz bank Türkiyə dövlətinin tədbirlərinə qatılmır, amma “saqqallılar”ın məclislərində başda əyləşirlər.
Sözün qısası, bizə FETÖ-nün bankası lazım deyil.
//gundelik-baku.com//