Bahar Muradova yeni binası üçün 158 min xərcləyəcək
- 3-05-2021, 17:28
- 919
Qalib şirkət “Xəzər İnşaat KO” MMC-dir. Komitə sözügedən MMC-nin göstərdiyi xidmət müqabilində ona 158 045.66 AZN ödəyəcək. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Xəzər İnşaat KO” MMC 10 dekabr 2007-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 130, mənzil 4-də yerləşir. Şirkətin qanuni təmsilçisi Atayev Elvin Elşən oğludur. “Xəzər İnşaat KO” MMC barəsində açıq mənbələrdə məlumat son dərəcə məhduddur. MMC-nin adına yalnız Bakı Apellyasiya Məhkəməsinin databazasında və Respublika qəzetinin satınalma müsabiqəsinin nəticələri barədə dərc etdiyi elanda rast gəlinir.(reportyor.info)