Çörək bahalaşmasın deyə dövlət ehtiyatındakı taxıl istifadəyə buraxıldı
- 10-03-2021, 13:03
- 744
Bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Sənəddə qeyd edilib ki, yerli taxıl bazarında unun, həmçinin çörəyin bahalaşması risklərini təhlükəsiz idarə etmək məqsədilə və belə halların qarşısını almaq üçün dövlət ehtiyatı kimi saxlanılan və saxlama müddəti başa çatmış buğdanın qiymət sabitliyinin saxlanılması üçün mart ayının əvvəllərindən istifadəyə buraxılmasına başlanılıb. Nəticədə həmin dövrdə unun topdansatış qiymətlərində heç bir dəyişiklik olmayıb. Dövlət taxıl ehtiyatları hesabına daxili taxıl bazarına müdaxilə süni qiymət artımının qarşısının alınmasına imkan verib.