"Muğan Bank”da 67 milyon manatdan çox zərər var
- 3-03-2021, 13:41
- 658
Kommersant.az xəbər verir ki, bankın açıqladığı hesabata görə 2020-ci ilin sonunda “Muğan Bank”ın bölüşdürülməmiş mənfəəti 1 il ərzində 707 min manat azalıb.
Cədvəldə də qeyd olunduğu kimi “Muğan Bank”ın yığılmış zərəri 4 il ərzində 48 milyon 534 min manat artaraq 67 milyon 730 min manata çatıb. Buna baxmayaraq bankın kapitalı isə 4 il ərzində 21 milyon 493 min manat azalaraq 35 milyon 836 min manata düşüb.
Qeyd edək ki, Bankda yerləşdirilən depozitlərin həcmi 56 milyon 40 min manat və ya 16,7% azalaraq 278 milyon 681 min manata düşüb. Bu da bankın cəmi öhdəliklərinin 69 milyon 70 min manat və ya 12% azalaraq 504 milyon 27 min manata düşməsinə səbəb olub. Deopzit portfelinin azalmasında hüquqi şəxslərin 27,3%, fiziki şəxlərin isə 12,5% payə var. Yəni, “Muğan Bank”da hüquqi şəxslərin depozitləri 26 milyon 67 min manat, fiziki şəxslərin depozitləri isə 29 milyon 973 min manat azalıb.