"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi
- 19-02-2021, 12:19
- 826
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “Meteor Supply and Services” MMC 29 mart 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı qeyri-müəyyəndir. Daha doğrusu, reyestr məlumatlarında MMC-nin Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi ev 3 ünvanı göstərilib. Lakin mənzilin nömrəsi qeyd edilməyib. Şirkətin qanuni təmsilçisi isə Babayev Mehman Fuad oğludur.
Şirkət iki ildir fəaliyyət göstərməsinə baxmyaraq açıq mənbələrində barəsində hər hansı məlumat yoxdur. MMC-nin qanuni təmsilçisi Mehman Babayevin da fəaliyyəti sanki gizli saxlanılır.
“Polimart” MMC-yə gəlincə, bu şirkət 7 avqust 2015-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 100 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 1, ev 10a-da yerləşən şirkətin qanuni təmsilçisi Musayev Fərhad Aslan oğludur.
Bu şirkət və sahibi haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.