Tikinti materialları da bahalaşır
- 4-02-2021, 15:24
- 820
Marja-ya istinadən xəbər veririk ki, tikinti materiallarının qiymətləri də artmaqda davam edir. Qapı və laminatlardan sonra dikt də bahalaşıb. Dikt qiymətlərində təxminən 1 manat artım edilib.
Satıcılar topdansatış mənətələrinin qiymətləri artırdığını bildirirlər. Yanvarda bahalaşmış laminat Fevralın əvvəlində 50 qəpik də bahalaşdırılıb.
Yanvar ayında otaq qapılarının qiymətləri təxminən 15-25 manat civarında artmışdır.
Yaxın günlərdə digər tikinti materiallarının da bahalaşacağı gözlənilir.